HƏMAS-ın yeni lideri öldürüldü

Baş səhifə

Qəzza zolağının şimalına endirilən hava zərbəsi nəticəsində HƏMAS-ın hərbi qanadına cəmi bir həftə əvvəl rəhbərlik etməyə başlayan Məhəmməd Odeh məhv edilib.

Modern.az xəbər verir ki, bu barədə məlumatı İsrail ordusu təsdiqləyib.

İsrail ordusunun məlumatına görə, HƏMAS-ın keçmiş kəşfiyyat rəhbəri olan Odeh 2023-cü il oktyabrın 7-də İsrailə qarşı həyata keçirilən hücumun sağ qalan əsas təşkilatçılarından biri hesab olunurdu.

Əməliyyat zamanı hücumda iştirak etdiyi bildirilən digər silahlının gizləndiyi sığınacağın da vurulduğu qeyd edilir.