
Bakı. Trend:
Amerikalı mediamaqnat, “Reddit” sosial şəbəkəsinin
həmsahiblərindən olan Donald Nyuhaus 96 yaşında vəfat edib.
Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.
Nyuhauz mayın 26-da Lambertvil şəhərində yerləşən malikanəsində
dünyasını dəyişib. Ölüm səbəbinin limfoma (şişin limfa sistemində
inkişaf etdiyi onkoloji xəstəlik) olduğu bildirilib.
Qeyd olunur ki, Nyuhauz “Advance Publications” media
korporasiyasının sahiblərindən biri olub. Şirkətə “Condé Nast
“nəşriyyat evi daxildir. Bu nəşriyyat evi “The New Yorker” həftəlik
dərgisini, eləcə də “Vanity Fair”, “Vogue”, “Wired” və digər
nəşrləri buraxır. Bundan əlavə, şirkətin mülkiyyətinə “Discovery
Channel” telekanalı və “Reddit” portalı da daxildir.

