KİV: Aİ səfirləri Kiyevin 90 milyard avro məbləğində maliyyələşdirilmə mexanizmini razılaşdırıblar

Baş səhifə
KİV: Aİ səfirləri Kiyevin 90 milyard avro məbləğində maliyyələşdirilmə mexanizmini razılaşdırıblar

Avropa İttifaqı (Aİ) Ukraynaya 2025-ci ilin dekabrında Aİ sammitində irəli sürülmüş 90 milyard avroluq kredit şəklində maliyyələşdirmə mexanizmini razılaşdırıb.

“Report” xəbər verir ki, bu barədə Brüsseldəki mənbələrinə istinadən “Reuters” agentliyi məlumat yayıb.

“Aİ səfirləri çərşənbə günü Ukrayna üçün 90 milyard avro məbləğində avro kreditinin təfərrüatları barədə razılaşıblar”, – məlumatda bildirilib.