
Bakı.Trend:
HƏMAS-ın hərbi komandiri Mohəmməd Odeh ötən gecə Qəzzaya
endirilmiş aviazərbə nəticəsində öldürülüb.
Trend xarici
mediaya istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri
İsrael Katz bildirib.
“HƏMAS terror təşkilatının Qəzzadakı hərbi qanadının dördüncü
komandiri dünən zərərsizləşdirilib”, -deyə Katz öz rəsmi “X”
səhifəsində yazıb.
Odeh hərbi komandir vəzifəsinə ötən həftə təyin olunmuşdu. Onun
sələfi İzəldin əl-Həddad isə bir ay əvvəl öldürülmüşdü.
Katz “mükəmməl səviyyədə keçirilmiş əməliyyata” görə İsrail
Müdafiə Qüvvələrinə (IDF) və “Şin Bet”ə (İsrailin Təhlükəsizlik
Xidməti) təşəkkür edib.
“Biz 7 oktyabr kütləvi qırğınına cavabdeh olan hər kəsin
zərərsizləşdiriləcəyinə söz vermişik və bu sözümüzü yerinə
yetirəcəyik. Onlar harda olurlarsa olsunlar, ölümə məhkumdurlar”, –
deyə o yazıb.

