
Bakı.Trend:
Rusiyanın Sankt-Peterburq vilayətində müharibədə (Ukrayna-red)
yaralandıqdan sonra xəstəxanadan qaçan və “Sosnovski manyakı” kimi
tanınan silsilə qətllər törədən cinayətkar Andrey Kiykonun
axtarışları aparılır.
Trend xəbər verir
ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
O, daha əvvəl Sankt-Peterburqun Sosnovski meşə-parkında
qadınlara qarşı törətdiyi qətl, təcavüz və hücumlara görə ciddi
rejimli koloniyada 25 il həbs cəzasına məhkum edilmişdi.
Onun hesabında 15 qurban var, onlardan 12-si sağ qala bilib.
Axtarışları Müdafiə Nazirliyinin bölmələri və regional polis
idarəsi Lomonosov rayonunda aparır.
Rusiya mediasının məlumatına görə, Kiyko 2024-cü ilin
ortalarında koloniyadan Ukrayna ilə müharibəyə cəlb olunub. Həmin
vaxt onun cəzasının bitməsinə daha yeddi il qalırdı. O, 2025-ci
ilin payızında cəbhədə aldığı yaradan sonra reabilitasiya keçdiyi
Kronştadtdakı hərbi hospitaldan qaçıb. Lakin Müdafiə Nazirliyi 41
yaşlı Kiykonun axtarışına yalnız 2026-cı ilin mayında başlayıb.
Andrey Kiyko qadınlara hücum etməyə 19 yaşında başlayıb.
İstintaq müəyyən edib ki, o, 2004–2007-ci illərdə üç qətl, 8
zorlama və 11 quldurluq hadisəsi törədib. 2005-ci ildə Kiyko psixi
sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararsız elan olunub.

