Göyçayda ağır qəza: ölənlər var-YENİLƏNİB

Baş səhifə

Göyçayda baş vermiş qəzada ölən və yaralanan şəxslərin kimliyi bəlli olub.

Modern.az APA-ya istinadən xəbər verir ki, qəza zamanı 1970-ci il təvəllüdlü H. Salahov və 2016-cı il təvəllüdlü L. Feyzullayeva ölüblər.

1968-ci il təvəllüdlü İ. Əmrahov, 1964-cü il təvəllüdlü M. Əmirova, 1998-ci il təvəllüdlü A. Feyzullayeva və 2 yaşlı qız uşağı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

***

15:44

Göyçayda zəncirvarı avtomobil qəzası baş verib.

Modern.az APA-ya istinadən xəbər verir ki,  bugün  saat 14.00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonunun Qarayazı kəndi ərazisindən keçən hissəsində “Opel” , KİA və “Chevrolet” markalı avtomobillər toqquşub.

Nəticədə, avtomobillərdən birində olan yeniyetmə qız aldığı xəsarətlərdən hadisə yerində ölüb, daha bir nəfər xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.