Modriç karyerasını başa vuracaq

Baş səhifə

Bakı. Trend:

“Milan” və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç
2026-cı il dünya çempionatından sonra aktiv futbolçu karyerasını
başa vurmağı planlaşdırır.

Trend xarici
mediaya istinadənxəbər verir ki, 40 yaşlı yarımmüdafiəçinin İtaliya
klubu ilə müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.




Məlumata görə, tərəflər müqavilənin müddətini artırmaq
niyyətində deyillər.

Modriç “Milan”da 37 oyun keçirib, iki qol vurub və üç məhsuldar
ötürmə edib.