Rusiya ordusu Odessaya dron zərbələri endirib, 5 nəfər yaralanıb

Baş səhifə

Rusiya ordusu Ukraynanın Odessa vilayətinə dronlarla hücum edib.

APA xəbər verir ki, bu barədə Odessa şəhər hərbi administrasiyasının rəhbəri Oleq Kiper “Telegram”da bildirib.

Onun sözlərinə görə, beş nəfər yaralanıb, onlardan ikisi ağır vəziyyətdədir.