Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Ələt-Astara magistralının 142-ci km-dəŞ Cəlilabad rayonu ərazisində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı elektrik dirəyinə çırpılaraq aşıb. Qəza nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxs Cəlilabad rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.
Faktla bağlı araşdırma aparılır.

