Azərbaycan XİN Türkiyə və Avstraliyanı təbrik edib

Baş səhifə

Bakı. Trend:

Qardaş Türkiyəni BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) ev
sahibliyi etmək üçün seçilməsi, eləcə də Avstraliyanı danışıqlara
Prezident seçilməsi münasibətilə səmimi təbrik edirik.

Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X”
hesabındakı paylaşımda qeyd edilib.

“COP29-un prezidenti olaraq Azərbaycan bu mühüm missiyanın
uğurla həyata keçirilməsinə tam dəstək vermək üçün əlindən gələni
edəcək.

Hər iki ölkəyə uğurlar arzulayır və əminik ki, COP31 iqlim
dəyişikliyi ilə mübarizəyə dair qlobal səylərə mühüm töhfələr
verəcək”, – məlumatda bildirilib.