Polşada terror aktı törətməkdə təqsirləndirilən şəxslər Belarusa daxil olublar – XİN

Baş səhifə

Bakı. Trend:

Belarus Xarici İşlər Nazirliyi Polşa ərazisində terror aktı
törətməkdə şübhəli bilinən iki Ukrayna vətəndaşının ölkəyə daxil
olduğunu və onların axtarışının davam etdiyini bildirir.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, Belarus Xarici İşlər Nazirliyinin
mətbuat katibi Ruslan Varanokova bu barədə məlumatı
təsdiqləyib.




Varanokov qeyd edib ki, Belarus və Polşanın səlahiyyətli
orqanları Polşa ərazisində terror xarakterli cinayətlər törətməkdə
şübhəli bilinən iki şəxsin yerinin müəyyənləşdirilməsi üçün birgə
tədbirlər həyata keçirirlər.

XİN nümayəndəsi onu da bildirib ki, əgər həmin şəxslər Belarus
ərazisində aşkar olunarsa, onlar saxlanılacaqlar.