Bakı. Trend:
2026-2027-ci illər üzrə D-8 Forumuna ev sahibliyi İndoneziya
edəcək.
Trend xəbər
verir ki, bunu bu gün İndoneziyanın Xarici İşlər Nazirliyinin
çoxtərəfli məsələlər üzrə müşaviri Agustaviano Sofjan “Dialoqun,
əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda
D-8 Media Forumunda çıxışı zamanı bildirib.
O qeyd edib ki, etik və müstəqil jurnalistika ictimaiyyətdə
inamın formalaşmasının əsas şərtidir.
“Faktların yoxlanılması, dezinformasiyanın qarşısının alınması
üçün erkən xəbərdarlıq mərkəzinin yaradılması, milli-mədəni
dəyərlərə sadiqliyin qorunması, süni intellektdən düzgün və
məqsədyönlü istifadənin mediada təmin edilməsi, həmçinin mübadilə
proqramlarının dəstəklənməsi vacib məsələlərdir. D-8 Media Forumu
birgə fəaliyyət üçün güclü platformadır. Üzv dövlətlər burada
təcrübə mübadiləsindən, birgə strategiya və təşəbbüslərdən
əhəmiyyətli fayda əldə edə bilər. 2026–2027-ci illər üzrə D-8
Forumuna ev sahibliyi İndoneziya edəcək. Biz də öz növbəmizdə ortaq
işə töhfə verməyə çalışacağıq”, – o əlavə edib.
2026-2027-ci illər üzrə D-8 forumuna ev sahibliyi İndoneziyada
olacaq.
Trend xəbər
verir ki, bunu bu gün İndoneziyanın Xarici İşlər Nazirliyinin
çoxtərəfli məsələlər üzrə müşaviri müşaviri Agustaviano Sofjan
“Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi”
mövzusunda D-8 Media Forumunda çıxışı zamanı bildirib.
“Etik və müstəqil jurnalistika ictimaiyyətdə inam
formalaşmasının ən böyük səbəbidir. Faktların yoxlanılması,
dezinformasiyanın qarşısının alınması üçün erkən xəbərdarlıq
mərkəzinin yaradılması, milli-mədəni dəyərlərə sadiqliyin
qorunması, süni intellektdən məqsədəuyğun, düzgün istifadənin
mediada bərqərar edilməsi, mübadilə proqramlarının təmini vacib
məsələdir. D-8 Media Forumu birgə fəaliyyət üçün güclü bir
platformadır. Bura üzv dövlətlər təcrübə mübadiləsindən, birgə
strategiyalardan və təşəbbüslərdən əhəmiyyətli fayda qazana bilər.
2026-2027-ci illər üzrə D-8 forumuna ev sahibliyi İndoneziyada
olacaq. Biz də öz növbəmizdə ortaq işə töhvələrimizi verməyə
çalışacağıq”, o əlavə edib.

