“Miniatür – Şərq vizual fəlsəfəsi və müasir kontekst” adlı Beynəlxalq Elmi Konfrans keçirilib (FOTO)

Baş səhifə

Bakı.Trend:

Ötən gün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və
Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə “Miniatür
– Şərq vizual fəlsəfəsi və müasir kontekst” adlı Beynəlxalq Elmi
Konfrans təşkil olunub.

Trend xəbər
verir ki, tədbir Şərq miniatür sənətinin estetik və mənəvi
dəyərlərinin dərindən araşdırılması, həmçinin bu ənənənin müasir
dövrdə rəqəmsal incəsənət və vizual fəlsəfə kontekstində yenidən
dəyərləndirilməsi baxımından böyük elmi və mədəni əhəmiyyət kəsb
edib.




Konfransın gündəliyində miniatür sənətinin fəlsəfi və mədəni
istiqamətləri, türkdilli coğrafiyada vizual fəlsəfə ənənələri,
rəqəmsal texnologiyaların təsviri sənətə təsiri, muzey idarəçiliyi
və müasir təqdimat metodları, həmçinin mədəni diplomatiyanın
inkişafında miniatür sənətinin rolu kimi mövzular müzakirə
olunub.

Tədbirdə İngiltərə, Rumıniya, Qazaxıstan, Özbəkistan,
Qırğızıstan, Türkiyə və Azərbaycanın tanınmış alimləri,
sənətşünasları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Beynəlxalq mütəxəssislərin iştirakı Şərq miniatür irsinin müasir
tədqiqat perspektivləri haqqında geniş fikir mübadiləsi
aparılmasına imkan yaradıb. İştirakçılar arasında elmi əməkdaşlığın
genişləndirilməsi, ortaq tədqiqat layihələrinin təşviqi və miniatür
sənətinin müasir platformalarda təbliği istiqamətində mühüm
razılaşmalar əldə edilib.