PKK terror təşkilatı İraqın şimalından geri çəkilib

Baş səhifə

Bakı. Trend:

PKK terror təşkilatının silahlı birləşmələri İraqın şimalındakı
Zap bölgəsindən tamamilə çəkilib.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, PKK bu barədə rəsmi açıqlama
yayıb.




Təşkilatın bəyanatında vurğulanıb ki, geri çəkilmə “kürd
məsələsi”nin sülh yolu ilə həllinə və Türkiyədə demokratik
proseslərin irəliləməsinə real töhfə verəcək.