
Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft məhsullarının
istehsalı sahəsində istehsalın ümumi dəyəri 4,563 milyard manat
olub.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər
verir.
Məlumata görə, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə
müqayisədə 0,9 faiz artıb.
Dövr ərzində neft məhsullarından mazut istehsalı 2,1 dəfə, neft
koksunun istehsalı 10,1 faiz, qazoylların (dizel yanacağının)
istehsalı 7,2 faiz, ağ neft istehsalı 4,9 faiz artıb, neft bitumu
istehsalı 9,8 faiz, sürtkü yağları istehsalı isə 45,6 faiz
azalıb.

