“Azərreyl” CEV Kubokuna məğlubiyyətlə başlayıb

Baş səhifə

Bakı. Trend:

Kişi voleybolçulardan ibarət “Azərreyl” komandası CEV Kubokunda
ilk oyununa çıxıb.

Trend-in
məlumatına görə, “dəmiryolçular” 1/32 finalda Niderlandın “Orion
Stars” komandasını qəbul edib.




Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunan görüş
rəqibin 3:1 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, cavab matçı noyabrın 19-da Niderlandda baş
tutacaq. Qalib komanda 1/16 finalda İsveçrənin “Amrisvil”
kollektivinə rəqib olacaq.