
Bakı.Trend:
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə
Heyətinin sədri Vüqar Süleymanov Avropa İttifaqının Azərbaycandakı
nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri, səfir Mariyana
Kuyundziç ilə görüş keçirib.
Trend xəbər
verir ki, bu barədə ANAMA məlumat yayıb.
Bildirilib ki, görüşdə Qarabağ və Şərqi Zəngəzurda mövcud mina
problemi, çirklənmə miqyası, mina probleminin bərpa-yenidənqurma
işlərinə və keçmiş məcburi köçkünlərin qayıdışına yaratdığı
manelər, eləcə də icra edilən genişmiqyaslı minatəmizləmə
fəaliyyəti barədə nümayəndəyə məlumat verilib.
Görüş zamanı Azərbaycanda həyata keçirilən humanitar
minatəmizləmə fəaliyyətinə Avropa İttifaqı tərəfindən dəstəyin
davam etdirilməsi, bu çərçivədə yeni layihə imkanları, habelə
qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir
mübadiləsi aparılıb.

