
Bakı. Trend:
“Apple” “ChatGPT”nin yaradıcısı olan “OpenAI” şirkətini proqram
təminatının yaradılması zamanı kommersiya sirrindən qanunsuz
istifadə etməkdə ittiham edərək məhkəməyə verib.
CNBC-nin məlumatına əsasən, “Apple” “OpenAI”nin şirkətin əqli
mülkiyyətindən və məxfi məlumatlarından istifadə etdiyini iddia
edir.
Bundan əlavə, iddia ərizəsində bildirilir ki, “OpenAI”yə keçməyi
nəzərdən keçirən “Apple” əməkdaşlarına guya şirkətin kommersiya
sirlərini ötürmək təklif olunub.

