Ağstafada avtomobil aşıb, xəsarət alanlar var

Baş səhifə
Ağstafada avtomobil aşıb, xəsarət alanlar var

Ağstafada avtomobil aşıb, xəsarət alanlar var

Ağstafada 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, Ağstafa rayonun ərazisində idarəetmədən çıxan avtomobilin yol kənarına aşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Zərərçəkənlər- 1988-ci il təvəllüdlü Ə.Məmmədova, 1984-cü il təvəllüdlü G.Qarayeva, 1983-cü il təvəllüdlü N.Muğanova, 1988-ci il təvəllüdlü L.Cəlilova və 1984-cü il təvəllüdlü R.Əliyev xəstəxanaya yerləşdiriliblər.

Onların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.