Bakı. Trend:
Olivye Jiru yenidən Fransa milli komandasına dəvət edilə
bilər.
Trend xəbər
verir ki, Didye Deşamın 39 yaşlı forvardı Azərbaycan və Ukrayna ilə
oyunlar üçün yığma komandaya dəvət edəcəyi gözlənilir.
“Lill”in futbolçusu buna hazırdır və bu gün millinin düşərgəsinə
qoşulacağı ehtimal edilir.
Buna səbəb isə Fransa yığmasında hücumçuların
zədələnməsidir.
Qeyd edək ki, Fransa millisi DÇ-2026-nın seçmə mərhələsi
çərçivəsində noyabrın 13-də Ukrayna, 16-da isə Azərbaycan yığması
ilə üz-üzə gələcək.
Əlavə edək ki, Kolo Muani və Markus Türam zədəli olduqları üçün
heyətdən kənarlaşıdırılıb.

