Bakı. Trend:
İtaliyada dörd gün Azərbaycan səfirliyi tərəfindən konsulluq
xidmətləri göstərilməyəcək.
Trend xəbər verir ki, bu
barədə Azərbaycanın İtaliyadakı səfirliyinin “X” hesabında paylaşım
edilib.
Bildirilib ki, 8 noyabr – Zəfər Günü və 9 noyabr – Dövlət
Bayrağı Günü ilə əlaqədar olaraq 8-11 noyabr tarixlərində
Azərbaycanda ardıcıl 4 günün qeyri-iş günü olması səbəbindən bu
müddət ərzində səfirlik tərəfindən konsulluq xidmətləri
göstərilməyəcək.
“Bayram günlərində yaranacaq təcili məsələlər ilə əlaqədar
[email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə
saxlaya bilərsiniz”, – paylaşımda bildirilib.

