
Bakı. Trend:
Ölkəmizin innovasiya mühitinin güclənməsi və yeni texnoloji
imkanların təşviqinə önəm verən PAŞA Sığorta “Mələk İnvestorlar
Məktəbi” layihəsində sponsor qismində çıxış edib.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və “SABAH Angels”
klubunun tərəfdaşlığı ilə həyata keçirilən layihə 4–6 noyabr
2025-ci il tarixlərində Bakıda baş tutub. Proqram çərçivəsində
ABŞ-dan dəvət olunmuş beynəlxalq ekspertlər və yerli mütəxəssislər
iştirakçılarla öz təcrübələrini bölüşüb, startaplara investisiya
imkanları, portfel formalaşdırılması, risklərin qiymətləndirilməsi
və uğurlu investisiya strategiyalarının qurulması barədə praktik
biliklər təqdim ediblər.
“Mələk İnvestorlar Məktəbi” bu il daha geniş və interaktiv
formatda təşkil olunaraq ölkənin investisiya mühitində yeni
əməkdaşlıq imkanları yaradıb. Təlimi tamamlayanlar arasından
seçiləcək beş qalib 2026-cı ildə Silikon Vadisinə bütün xərcləri
təşkilatçılar tərəfindən qarşılanmaqla səfər etmək imkanı
qazanacaq.
Rəqəmsal transformasiyaya keçid prosesini uğurla davam etdirən
PAŞA Sığorta gələcəkdə də innovasiya yönümlü layihələrlə yeni
imkanların yaradılmasına və cəmiyyət üçün dəyər formalaşdırılmasına
töhfə verməyi planlaşdırır.
Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta
şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun
üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi
müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir.
“AM Best” beynəlxalq reytinq agentliyi “PAŞA Sığorta” ASC-nin
emitentin uzunmüddətli kredit reytinqini “BBB”, maliyyə
dayanıqlılığı reytinqini “B++”, reytinq üzrə proqnozu isə “Sabit”
səviyyəsində təsdiqləyib.

