Sumqayıtda avtomobillər toqquşub, xəsarət alanlar var

Baş səhifə
Sumqayıtda avtomobillər toqquşub, xəsarət alanlar var

Sumqayıtda avtomobillər toqquşub.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin Sahil küçəsində baş verib.

Belə ki, şəhər sakini, 1992-ci il təvəllüdlü Zeynalov Nəriman Bəhruz oğlunun idarə etdiyi “Chevrolet” markalı avtomobil 1989-cu il təvəllüdlü Nəzərov Əskər Tahir oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində “Chevrolet”də olan sərnişinlər – 1968-ci il təvəllüdlü Zeynalova Kəmalə Vəliş qızı və 1977-ci il təvəllüdlü Həşimova Günəş Tahir qızı, eləcə də “VAZ-2107″nin sürücüsü Nəzərov Əskər Tahir oğlu və sərnişini, 1990-cı il təvəllüdlü Nəzərova Könül Elxan qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Fakt araşdırılır.