UEFA ÇL: “Barselona” və “PSJ” böyük hesablı qələbə qazanıblar, “Qarabağ”ın rəqibi isə uduzub

Baş səhifə
UEFA ÇL: Barselona və PSJ böyük hesablı qələbə qazanıblar, Qarabağın rəqibi isə uduzub

UEFA Çempionlar Liqasının Liqa mərhələsində III tura start verilib.

“Report” xəbər verir ki, turun ilk oyun günündə 9 qarşılaşma baş tutub.

“Arsenal” evdə “Atletiko”nu, “Barselona” isə “Olimpiakos”u qəbul edib. “Qarabağ”ın rəqiblərindən “Napoli” səfərdə PSV-nin qonağı olub.

PSJ Almaniyada “Bayer 04″lə, “Mançester Siti” isə İspaniyada “Vilyarreal”la üz-üzə gəlib.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

III tur

“Barselona” (İspaniya) – “Olimpiakos” (Yunanıstan) – 6:1

“Kayrat” (Qazaxıstan) – “Pafos” (Kipr) – 0:0

“Arsenal” (İngiltərə) – “Atletiko” (İspaniya) – 4:0

“Bayer 04” (Almaniya) – PSJ (Fransa) – 2:7

“Vilyarreal” (İspaniya) – “Mançester Siti” (İngiltərə) – 0:2

PSV (Niderland) – “Napoli” (İtaliya) – 6:2

“Kopenhagen” (Danimarka) – “Borussiya” (Dortmund, Almaniya) – 2:4

“Yunion” (Belçika) – “İnter” (İtaliya) – 0:4

“Nyukasl” (İngiltərə) – “Benfika” (Portuqaliya) – 3:0