Bakı. Trend:
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı
müvəqqəti komissiyasının sədri Ramid Namazov noyabrın 6-dan 9-dək
Çin Xalq Respublikasında keçiriləcək Ümumdünya İnternet
Konfransının (WIC 2025) Uçjen Sammitində iştirak edəcək.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, builki “WIC 2025” Sammiti “Açıq, birgə,
təhlükəsiz və inklüziv rəqəmsal gələcəyin yaradılması ‒
kiberməkanda ortaq gələcəyi olan cəmiyyətin qurulması” mövzusuna
həsr edilib.

