
Bakı. Trend:
Ölkə daxilində istehsal edilən və qiymətləri tənzimlənən
yanacağın daşıyıcılar tərəfindən Naxçıvan Muxtar Respublikasına
daşınmasına çəkilən əlavə xərclərin ödənilməsi üçün 10 000
000 manat məbləğində vəsait nəzərdə tutulur.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye
və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan
“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında”
qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, qeyri-neft məhsullarının ixracının təşviqi,
stimullaşdırılması və bu qəbildən olan digər tədbirlərin maliyyə
təminatı üçün 13 400 000 milyon manat məbləğində
vəsait nəzərdə tutulur.

