Gələn il bu məqsədlər üçün AYNA-ya 40 milyon manat ayrılacaq

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin dövlət büdcəsində bəzi xərclərin qarşılanması üçün
AYNA-ya ayrılacaq vəsaitin miqdarı məlum olub.

Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye
və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan
“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında”
qanun layihəsində öz əksini tapıb.




Sənədə əsasən, 2026-cı ilin dövlət büdcəsində “Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsə (AYNA) avtomobil
nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının təşkili, beynəlxalq
sərnişin və yük daşımalarını tənzimləyən icazə sisteminin tətbiqi,
yeni yol nişanlarının quraşdırılması və mövcud yol nişanlarının
bərpası, yol hərəkətinin və piyada-yol infrastrukturunun təşkili
üçün 40 000 000 manat vəsait
proqnozlaşdırılır.