Bakı.Trend:
Məişət zorakılığı sahəsində qanunvericiliyin təkmilləşdirilməsi
istiqamətində mühüm dəyişikliklər edilib.
Trend xəbər
verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin sədri Bahar Muradova “Ailə, qadın və uşaq məsələləri
Azərbaycan qanunvericiliyində” adlı mətbuat konfransında çıxış
zamanı səsləndirib.
O, bildirib ki, Məişət zorakılığının qarşısının alınması
haqqında” Azərbaycan Respublikasının Qanununun əhatə etdiyi
subyektlərin dairəsi genişləndirilib.
“Məişət zorakılığından zərər çəkmiş şəxslərə dövlət vəsaiti
hesabına pulsuz hüquqi yardım göstərilib. Qısamüddətli mühafizə
orderinin 30 gündən 60 gün müddətində, uzunmüddətli mühafizə
orderinin isə 60 gündən 180 gün müddətində verilib”.
Komitə sədri vurğulayıb ki, məişət zorakılığının qarşısının
alınması haqqında qanunvericiliyin tələblərinin təkrar pozulması
sanksiyalaşdırılıb.
“Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün mərkəzi və
yerli səviyyədə yeni qurumlararası monitorinq və əlaqələndirmə
mexanizminin yaradılıb”,-deyə B.Muradova əlavə edib.

