İranın Azərbaycandakı səfiri Naxçıvana gedib

Baş səhifə
İranın Azərbaycandakı səfiri Naxçıvana gedib

İranın Azərbaycandakı səfiri noyabrın 3-də Müctəba Dəmirçilu Naxçıvana gedib.

“Report”un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov İran səfirini qəbul edib.

Görüşdə dövlət başçılarının siyasi iradəsi və dostluq münasibətləri nəticəsində iki ölkə arasında yaranan qarşılıqlı əlaqələrdən, Azərbaycanın Naxçıvan Muxtar Respublikasının bu əlaqələrdə rolundan danışılıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Əziz Mənsuri görüşdə iştirak edib.