Sakit okeanda, Tonqa sahillərində güclü zəlzələ baş verib

Baş səhifə

Bakı. Trend:

Sakit okeanda, Tonqa ada dövlətinin cənubunda 5,9 bal gücündə
zəlzələ qeydə alınıb.

Trend-in
məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid
Geofizika Xidməti məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Tonqanın paytaxtı Nukualofa
şəhərindən 282 kilometr cənub-qərbdə olub.




Episentrdəki təkanların intensivliyinə əsasən zəlzələ “güclü”
kimi qiymətləndirilir.

Tələfat və ya dağıntı barədə məlumat verilməyib.