
Bakı. Trend:
Yunanıstanın Krit adasında baş verən silahlı insident
nəticəsində 2 nəfər həlak olub, ən azı 10 nəfər yaralanıb.
Trend xəbər verir
ki, atışmaya səbəb ailə intiqamı olub.
Polis hadisə ilə bağlı şübhəli şəxslər barədə məlumat
açıqlamayıb. Agentliyin qeyd etdiyinə görə, Krit adasında ailələr
arasında intiqam, namus və digər səbəblərlə baş verən silahlı
insidentlər tez-tez müşahidə olunur.

