Bakı. Trend:
ABŞ Müharibə Nazirliyi Ağ Evə Ukraynaya “Tomahawk” qanadlı
raketlərinin tədarükünə icazə verib.
Trend-in məlumatına görə, bu barədə “CNN” televiziya kanalı
mənbələrə istinadən xəbər verib.
Məlumata əsasən, son qərarı isə prezident Donald Tramp
verəcək.
Bildirilib ki, Pentaqon hesab edir ki, “Tomahawk”ların Kiyevə
göndərilməsi Amerika arsenalına mənfi təsir göstərməyəcək.

