Azərbaycanlı FIFA referisi “Napoli” – “Ayntraxt” oyununun baş hakimi olacaq

Baş səhifə
Azərbaycanlı FIFA referisi Napoli – Ayntraxt oyununun baş hakimi olacaq

FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının IV turu çərçivəsində keçiriləcək “Napoli” (İtaliya) – “Ayntraxt” (Almaniya) oyununun baş hakimi olacaq.

“Report” xəbər verir ki, ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər.

Noyabrın 4-də Çerkola şəhərində yerləşən “Cüzeppe Pikkolo” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:30-da başlanacaq.