Sumqayıtda 21 yaşlı oğlan hündürlükdən yıxılaraq ölüb

Baş səhifə
Sumqayıtda 21 yaşlı oğlan hündürlükdən yıxılaraq ölüb

Sumqayıtda 21 yaşlı oğlan hündürlükdən yıxılaraq ölüb.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 6-cı mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü Adil Eyvazov ehtiyatsızlıq nəticəsində mənzilinin eyvanından yıxılıb.

Ağır xəsarətlər alan gənc hadisə yerindəcə dünyasını dəyişib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.