“Azneft” hava şəraitinə görə təhlükəsizlik tədbirlərini gücləndirib

Baş səhifə

Bakı. Trend:

Ölkə ərazisində hava şəraitinin dəyişməsi, qeyri-sabit, küləkli
keçməsi ilə bağlı SOCAR-ın “Azneft” İstehsalat Birliyinin
istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

“Azneft”dən Trend-ə verilən məlumata görə, təhlükəli işlərin
görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan
sağlamlığının qorunması üçün müvafiq tədbirlər həyata
keçirilib.




Bütün sahələrdə müvafiq məlumatlandırma aparılır, mövcud
vəziyyət nəzarətdə saxlanılır.