Braziliyada polislə silahlı toqquşma –

Baş səhifə

Braziliyanın Rio-de-Janeyro əyalətində narkotacirlərə qarşı keçirilən əməlliyat qanlı toqquşmaya səbəb olub.

Metbuat.az xarici KİV-ə itinadla xəbər verir ki, əməliyyata 2500 polis əməkdaşı cəlb olunub. Tərəflər arasında uzun müddət davam edən silahlı insident 60 nəfərin ölümü ilə nəticələnib. Həyatını itirənlər arasında 4 polis əməkdaşı da var.

Rio-de-Janeyro əyalətinin qubernatoru Klaudio Kastro təhlükəsizlik qüvvələrinin 32 zirehli texnikanın dəstəyi ilə Rio-de-Janeyronun şimalındakı Alemao və Penha bölgələrinə daxil olduğunu bildirib. Kastro 81 nəfərin həbs olunduğunu deyib.

Qubernator bölgədə gərginliyin davam etdiyini əsas gətirərək, vətəndaşlardan evlərindən çıxmamağı xahiş edib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.