
Azərbaycanın aparıcı fintex platforması m10, dünyanın ən böyük
kriptovalyuta birjası Binance ilə əməkdaşlıq edərək, ölkədə ilk
dəfə Azərbaycan manatı ilə vasitəçisiz kripto-fiat əməliyyatlarını
təqdim edir.
İstifadəçilər birbaşa m10 hesablarından Binance hesablarına
manatla vəsait əlavə edə və çıxara bilərlər — tam şəffaf,
təhlükəsiz və vasitəçisiz şəkildə.
Təhlükəsizlik – ən yüksək səviyyədə
Bu xidmət, Azərbaycan Mərkəzi Bankının (AMB) xüsusi tənzimləmə
rejimində (sandbox) sınaqdan keçirilən ilk fintex platforması kimi,
həm rəsmi statusa, həm də yüksək təhlükəsizlik standartlarına
malikdir. Bütün əməliyyatlar bank infrastrukturu üzərindən həyata
keçirilir.
m10 və Binance inteqrasiyasının ilk mərhələsi AMB-nın sandbox
rejimindən uğurla keçərək, 6 aylıq sınaq müddətini başa vurub və
daha 6 ay müddətinə ikinci mərhələyə keçid edib.
Əməliyyat şərtləri
- Valyuta: Azərbaycan manatı (AZN)
- Balans artırma komissiyası: 1%
- Vəsait çıxarma komissiyası: 1.5%
- *Əməliyyat limiti: 20,000 ABŞ dolları
ekvivalentinədək
*Qeyd: Aylıq 20,000 ABŞ dolları
ekvivalentinədək əməliyyat limiti Azərbaycan Mərkəzi Bankının
müvafiq qaydalarına əsaslanır. Xidmət yalnız Azərbaycan
vətəndaşları üçün əlçatandır və KYC (müştərini tanı) prosedurunun
tamamlanması mütləqdir.
Azərbaycanın kripto əməliyyatlarında yeni
mərhələ
Bu əməkdaşlıq, ölkədə kripto-ekosistemin inkişafında mühüm addım
olmaqla, istifadəçilərə rahatlıq, qanunvericiliyə uyğunluq və
maliyyə şəffaflığı təmin edir.
Necə başlamaq olar?
Binance tətbiqinə və ya rəsmi
vebsayta daxil olun və qeydiyyatdan keçin. Deposit bölməsində
AZN → m10 seçərək m10 hesabınız vasitəsilə balansınızı artırın.
Withdraw bölməsində m10 hesabınızı göstərərək vəsaiti çıxarın.
m10 haqqında
m10, Azərbaycanın aparıcı fintex şirkətlərindən biri olan
PashaPay tərəfindən hazırlanmış rəqəmsal cüzdandır və Bir
ekosisteminin fintex həllidir. 2022-ci ildən istifadəyə verilmiş
m10 fərdlər və bizneslər üçün maliyyə əməliyyatlarını
sadələşdirməyi, vəsaitlərin idarə edilməsini və ödənişlərin həyata
keçirilməsini təhlükəsiz və rahat şəkildə təmin etməyi
hədəfləyir.
Ətraflı məlumat üçün: https://m10.az

