
Bakı. Trend:
İspaniya La Liqasında oktyabr ayının ən yaxşı məşqçisi
müəyyənləşib.
Trend xəbər
verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Ayın ən yaxşısı adına “Rayo Valyekano”nun çalışdırıcısı İniqo
Peres layiq görülüb.
37 yaşlı mütəxəssis peşəkar karyerasında ilk dəfə olaraq bu
mükafatı qazanıb. O, “Real”ın baş məşqçisi Xabi Alonso və “Betis”in
çalışdırıcısı Manuel Pelleqrinini geridə qoyub.
Qeyd edək ki, komanda oktyabr ayında Peresin rəhbərliyi altında
keçirdiyi 3 matçın hər birində qalib gəlib. Hazırda “Rayo
Valyekano” 14 xalla turnir cədvəlinin 7-ci pilləsində
qərarlaşır.

