Millət vəkili Q.Paşayeva Əməkdar artist, Əliqulu Qüdrətoğlu ilə görüşüb.

Baş səhifə

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikasının Əməkdar artisti, Kinematorafçılar İttifaqının üzvü Əliqulu Qüdrətoğlu ilə görüşüb, onu 70 illik yubileyi ilə bağlı təbrik edib.
Mədəniyyət Komitəsində baş tutan görüşdə, Əməkdar artistin incəsənət, özəlliklə kino sahəsində xidmətlərini xatırladan Q.Paşayeva, ona möhkəm cansağlığı, yeni sənət uğurlar diləyib. Q.Paşayeva Ə.Qüdrətoğlunu 70 illik yubileyi münasibəti ilə təbrik edib, ona Qarabağ motivli xatirə hədiyyəsi və Mədəniyyət Komitəsi adından Təbrik məktubu təqdim edib:
“Hörmətli Əliqulu müəllim,
Sizi – tanınmış aktyor və rejissoru 70 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edir, Sizə möhkəm can sağlığı, yaradıcı fəaliyyətinizdə uğurlar diləyirəm!
Siz Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda (indiki Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu; Yevgeni Matveyevin kursunda) təhsil almısınız. 1979-cu ildə “Azərbaycanfilm” kinostudiyasının aktyor şöbəsinə qəbul olunmuş, fəaliyyətinizi kinostudiyada davam etdirmisiniz. Bir çox filmin ikinci rejissoru, dublyaj rejissoru, kastinq rejissoru kimi çalışmış və sinxron səs effektlərinin yazılışında iştirak etmisiniz. 2012-2021-ci illərdə Bakı Uşaq və Gənclər Teatrında çalışmısınız.

Respublikamızdan qıraqda istehsal olunmuş filmlərdə – “Bizi gənclik yaşadır…” (1986, rejissor Yevgeni Şerstobitov /Ukrayna) serialında Stepanov rolunda, “Müsahibə alan adam” (1986, rejissor Yuri Maruxin/Belarus) filmində, ““Alfa” layihəsi” (1990, rejissor Y.Şerstobitov/Ukrayna) filmində şturman rolunda, “Qara qış” (1991/İran) filmində, “Sıçrayış” (1991, rejissor Y.Şerstobitov/Ukrayna) filmində kapitan rolunda, “Dronqo” (2002, rejissor Zinoviy Royzman/Rusiya) serialında, “Onlar da insandır” (Türkiyə) serialında, “57 saylı qatar” (Türkiyə) serialında çəkilmiş, “Divlər zindanı” (1993, rejissor Həsən Məm­məd­zadə/İran) filmində isə ikinci rejissor olmusunuz.

Sizin “Filmoqrafiya”nıza “Qəribə adam” (1979, tammetrajlı bədii film; aktyor), “Yol əhvalatı” (1980, tammetrajlı bədii film; aktyor), “Qorxma, mən səninləyəm” (1981, tammetrajlı bədii film; aktyor), “Nizami (III; 1982, tammetrajlı bədii film; aktyor), “Evlənmək istəyirəm” (1983, tammetrajlı bədii film; aktyor), “Bəyin oğurlanması” (1985, tammetrajlı bədii film; aktyor), “Qanlı zəmi” (1985, tammetrajlı bədii film; aktyor), “Qətl günü” (1990, tammetrajlı bədii film; aktyor), “Qəzəlxan” (1991, tammetrajlı bədii film; aktyor), “Həm ziyarət, həm ticarət…” (1995, tammetrajlı bədii film; aktyor), “Otel otağı” (1998, tammetrajlı bədii film; aktyor), “Dirsə xan oğlu Buğac” (2000, tammetrajlı film-tamaşa; ikinci rejissor, aktyor), “Salur Qazanın evi talandığı boy” (2001, tammetrajlı film-tamaşa; ikinci rejissor), “Yaşıl eynəkli adam” (2003, televiziya filmi; ikinci rejissor), “Biz qayıdacağıq” (2007, tammetrajlı bədii film; aktyor), “Cavid ömrü” (2007, tammetrajlı bədii film; ikinci rejissor, aktyor), “Cavad xan” (2008, tammetrajlı bədii film; ikinci rejissor, aktyor), “Dolu” (2012, tammetrajlı bədii film; ikinci rejissor, aktyor), “Cümhuriyyətin 9 şəkli” (2018, qısametrajlı sənədli film; ikinci rejissor, aktyor) və b. ünlü filmlər daxildir.

Sizi 70 illik yubileyiniz münasibəti ilə bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm”!
Əməkdar artist görüş və xoş sözlər üçün Komitə sədrinə təşəkkür edib.
#MilliMeclis

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir