
Böyük Britaniya NATO-ya üzv ölkələrin hərbiləşdirilməsini
maliyyələşdirmək üçün Kanadanın rəhbərlik etdiyi Müdafiə,
Təhlükəsizlik və Dözümlülük Bankına (DSRB) qoşulmağı nəzərdən
keçirir.
Bu barədə “The Sun” nəşri məlumat yayıb.
İddiaya görə, Böyük Britaniyanın yeni maliyyə naziri Con Hili
layihəyə 1 milyard avro ianə edilməsinə qarşı çıxan sələfi Reyçel
Rivsdən fərqli olaraq, DSRB-yə qoşulmağı dəstəkləyir. Bundan əlavə,
Böyük Britaniyanın müdafiə naziri Uez Stritinq də təşəbbüsə müsbət
yanaşır.
Daha əvvəl Albaniya, Belçika, Yunanıstan, Kanada, Latviya,
Lüksemburq, Rumıniya, Türkiyə və Ukraynanın DSRB-də iştirak etmək
istədiyi açıqlanıb. Baş ofisi Monrealda yerləşən konsorsium hərbi
layihələri maliyyələşdirmək üçün 134 milyard dollara qədər vəsait
cəlb etməyi hədəfləyir.

