Bakı.Trend:
Göygöldə keçirilən V Milli Yaylaq Festivalında insident baş
verib.
Belə ki, bu gün festival ərazisində quraşdırılan çardaqlardan
biri uçub. Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Bununla
bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Trend-in əldə etdiyi məlumata görə, polis əməkdaşları hadisə
yerinə cəlb olunub. Hazırda yaralıların təhlükəsiz şəkildə ərazidən
təxliyə olunması, həmçinin festival ərazisində nəqliyyat
vasitələrinin hərəkətinin tənzimlənməsi və təhlükəsizliyin təmin
edilməsi istiqamətində müvafiq tədbirlər görülür.
Hadisənin başvermə səbəbləri araşdırılır. Rəsmi qurumların
məsələ ilə bağlı əlavə məlumat verəcəyi gözlənilir.
Qeyd edək ki, ötən gündən Göygöldə V Milli Yaylaq Festivalı
başlayıb.

