Naxçıvanda təcili tibbi yardım avtomobili aşıb, 4 nəfər xəsarət alıb

Baş səhifə

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb.

Qəza zamanı “Mercedes” markalı təcili tibbi yardım avtomobili
ilə “Cherry” markalı avtomobil toqquşub. Nəticədə təcili tibbi
yardım avtomobili aşıb. Təcili tibbi yardım avtomobilində olan 3
nəfər və digər nəqliyyat vasitəsinin sürücüsü xəsarət alıb. Onlar
Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.




Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı
araşdırma aparılır.