
Bakı. Trend:
Elbrusa qalxan iki alpinist həlak olub.
Bu barədə Rusiyanın regional İstintaq Komitəsi məlumat
yayıb.
Onlar 5,1 min metr yüksəklikdə özlərini pis hiss ediblər.
“İlkin məlumata görə, iyulun 25-də yeddi nəfərlik qrup Elbrusa
qalxırdı. Alpinistlərdən biri dağdan enərək qrupun iki üzvünün 5,1
min metr yüksəklikdə özlərini pis hiss etdiyini bildirib. Mövcud
məlumata əsasən, onlar həlak olublar. Hazırda daha dörd alpinistin
axtarışları davam etdirilir”, – deyə qurumdan bildirilib.
Elbrusa qalxarkən həlak olan iki alpinistin əcnəbi olduğu
bildirilib. Bu barədə TASS agentliyinə operativ xidmətlərdən
məlumat verilib.
“Hər iki həlak olan şəxs əcnəbidir. İlkin məlumata görə, onlar
Bosniyadandır”, – deyə agentliyin həmsöhbəti bildirib.

