Britaniya Almaniya ilə nüvə silahı əməkdaşlığını dəstəkləyir

Baş səhifə

Bakı. Trend:

Britaniya hərbi rəhbərliyi nüvə silahlarının Almaniya ilə birgə
istifadəsinin tərəfdarıdır.

Trend xəbər verir
ki, bu barədə “The Daily Telegraph” məlumat yayıb.

Məlumata görə, krallığın Müdafiə Qərargahının keçmiş rəisi və
NATO-nun baş katibi də daxil olmaqla, yüksəkvəzifəli hərbi rəsmilər
Böyük Britaniyanı Berlinlə yeni müdafiə paktı üzrə danışıqlara
başlamağa çağırıblar.




Nəşr qeyd edir ki, bu cür təkliflər ABŞ-nin yaxın gələcəkdə
Avropanın təhlükəsizliyinin əsas qarantı kimi çıxış etməyəcəyi ilə
bağlı artan narahatlıqlar fonunda irəli sürülüb.

Bildirilir ki, Böyük Britaniya və Almaniya arasında bu məsələ
ilə bağlı hələlik rəsmi danışıqlar başlanmayıb.