Rusiya Ermənistandan balıq idxalını tam dayandırdı

Baş səhifə

Rusiya daha iki Ermənistan müəssisəsinin balıq məhsullarının sertifikatlaşdırılmasını aşkar edilmiş pozuntular aradan qaldırılanadək dayandırıb.

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti – Rosselxoznadzorun mətbuat xidməti TASS-a açıqlamasında bildirib.

Agentliyin məlumatına görə, bununla da Ermənistandan Rusiyaya bütün balıq məhsullarının tədarükü dayandırılıb.