
Bakı. Trend:
Fransada hantavirusa yoluxmuş şəxslərlə təmasda olan səkkiz
nəfər profilaktik məqsədlə karantinə alınıb.
Trend xəbər verir ki,
bu barədə Fransa Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, karantinə götürülən şəxslərdən biri təyyarə reysi
zamanı hantavirusa yoluxduğu təsdiqlənən şəxslə eyni uçuşda olub.
Həmin şəxsdə yüngül simptomlar müşahidə edilsə də, analiz nəticəsi
mənfi çıxıb.
Digər yeddi nəfərin isə “MV Hondius” kruiz gəmisindən enən
sərnişinlə təmasda olduğu qeyd edilir.
Məlumata görə, gəmidə qalan beş Fransa vətəndaşı Kanar adalarına
çatdıqdan sonra 24-48 saat ərzində ölkəyə qaytarılacaq. Onlar
Fransaya gətirildikdən sonra tibbi müayinədən keçiriləcək və
yenidən test olunacaqlar.
Fransa Xarici İşlər Nazirliyi hazırda həmin şəxslərdə ciddi
narahatlıq doğuran simptomların qeydə alınmadığını açıqlayıb.
Xəstəlik əlamətləri ortaya çıxarsa, onlar xüsusi tibb
müəssisələrinə yerləşdiriləcəklər. Simptom göstərməyən sərnişinlər
isə evlərinə göndərilməzdən əvvəl təkrar yoxlamadan
keçiriləcəklər.


