Azərbaycanda doqquz ayda 11,3 milyon manatlıq dərman istehsal edilib

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 11,3 milyon manat
dəyərində dərman istehsal edilib.

Trend bu
barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Bildirilib ki, dərman istehsalı ötən ilin eyni dövrü ilə
müqayisədə 2,9 milyon manat və ya 34,1% çoxdur.




Belə ki, 2024-cü ilin ilk 9 ayında ölkədə 8,4 milyon manat
dəyərində dərman istehsal edilmişdi.

Cari ilin oktyabrın 1-i tarixinə ölkədə 585,7 min manatlıq hazır
dərman ehtiyatı var.

Bununla yanaşı, bəhs olunan dövrdə Azərbaycanda 2,5 milyon ədəd
tibbi maska istehsal edilib ki, bu da ötən ilin ilk 9 ayındakı
göstərici ilə müqayisədə 0,8 milyon ədəd və ya 47,1% artım
deməkdir.