Türkiyədə işçiləri daşıyan mikroavtobus aşıb, 1 nəfər ölüb, 19 nəfər yaralanıb

Baş səhifə
Türkiyədə işçiləri daşıyan mikroavtobus aşıb, 1 nəfər ölüb, 19 nəfər yaralanıb

Türkiyənin Bartın vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, Bartından sənaye bölgəsinə işçi daşıyan mikroavtobus hərəkətdə olan zaman idarəetməni itirməsi nəticəsində aşıb.

Qəza nəticəsində 1 nəfər ölüb, 19 nəfər yaralanıb.

Polis, yanğınsöndürmə, təcili yardım və jandarma qrupları hadisə yerinə cəlb olunub.

Qəza zamanı yaralanan şəxslər Bartın Dövlət Xəstəxanasına aparılıb.

Bartın polis rəisi Hüseyn Adatepe və Jandarma komandiri Məhməd Baykal hadisə yerinə gəlib.

Faktla bağlı araşdırma aparılır.