Britaniya öz ərazi sularında Rusiya hərbi gəmisini saxlayıb

Baş səhifə
Britaniya öz ərazi sularında Rusiya hərbi gəmisini saxlayıb

Böyük Britaniya Hərbi Dəniz Qüvvələri (HDQ) ilk dəfə NATO-nun birbaşa əmri ilə öz ərazi sularında Rusiya hərbi gəmisini saxlayıb.

“Report” xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

“HMS Duncan” esminetsi və “Wildcat” helikopteri Şimal dənizində Fransanın Hərbi Dəniz Qüvvələri və Niderlandın “NH90” helikopterinin dəstəyi ilə sualtı qayıq əleyhinə böyük “Vitse-admiral Kulakov” gəmisini saxlayıb”, – məlumatda qeyd olunub.