Fransa Baş nazirinin valideynləri mühafizə ilə təmin edilib

Baş səhifə
Fransa Baş nazirinin valideynləri mühafizə ilə təmin edilib

Fransanın Baş naziri Sebastyan Lekornyunun valideynləri təhlükəsizlik səbəbindən mühafizə ilə təmin edilib.

“Report” xəbər verir ki, bu barədə Fransa KİV-ləri mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, S.Lekornyunun Normandiyanın Er departamentində yaşayan valideynlərini daim üç polis əməkdaşı – bir sürücü və iki mühafizəçi müşayiət edir.

Fransa XİN-dəki mənbə bunun zəruri addım olduğunu deyib. Mümkün risklər və təhdidlərlə bağlı təfərrüatlar açıqlanmayıb.